İspaniyanın dövlət telekanalında ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji cinayətlər barədə süjet yayımlanıb VİDEO

İspaniyanın dövlət telekanalında ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji cinayətlər barədə süjet yayımlanıb VİDEO
  • Siyasət

  • İspaniyanın dövlət telekanalının (RTVE) “Xəbərlər” proqramında ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda vandalizm aktları, ekoloji cinayətlər törətməsi ilə bağlı süjet efirə gedib.

    azərtac xəbər verir ki, süjetdə Kəlbəcərdə qanunsuz olaraq məskunlaşmış erməni əhalinin rayondan çıxarkən vandalizm aktları törətdikləri diqqətə çatdırılır. Yayımlanan videogörüntülərdə əhalinin özləri ilə apara bilmədiyi əşyaları, yaşayış evlərini, məktəbləri yandırması faktı öz təsdiqini tapır.

    Həmçinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəhrəman Azərbaycan Ordusunun Ermənistanın işğalından azad etdiyi ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldıldığı qeyd olunur.

    Bildirilir ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması Azərbaycan xalqı tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd edilir.

    Prezident İlham Əliyevin sözlərinə istinadən bildirilir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən sosial-iqtisadi infrastruktura, tarixi-mədəniyyət və dini abidələrə, ətraf mühitə, fərdi və çoxmənzilli yaşayış evlərinə vurulmuş zərər beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək və Ermənistan tərəfindən təzminatın ödənilməsinin təmin edilməsi məqsədilə beynəlxalq tribunala müraciət olunacaq.

    Proqramda, həmçinin Azərbaycan və Rusiyanın prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanatın Ermənistanda kütləvi etirazlara səbəb olduğu, etirazçıların hökumət və parlament binalarını ələ keçirdiyi, baş nazir N.Paşinyanın istefasının tələb edildiyi diqqətə çatdırılır.



    PAYLAŞ:

    Oxşar xəbərlər