Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
İctimaiyyəti maraqlandıran məsələlərlə bağlı Dövlət başçısı fikirlərini ətraflı xalqa çatdırmaq imkanını media işçilərinə yaratdı. 2024-cü ilin sosial-iqtisadi yekunlarının göstəriciləri barədə məlumat verərək 2025-ci ilin proqnozları da jurnalıstlərin nəzərinə çatdırdı.
Azərbaycan üçün 2024-cü il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, əsas göstərici qeyri-neft sektorunun inkişafı olmuşdur. Azərbaycan son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdi. Ölkə başçısının apardığı danışıqlar, göstərdiyi səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrləri nəzərdə tutulur. Qeyri-neft sektorunda inkişaf daha uğurludur, 6 faizdən çox artıb. Azərbaycanın artıq uzun illər iqtisadi inkişafla bağlı əsas hədəflərindən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu da 7 faizdən çoxdur. Əlbəttə əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görünür Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Sözsüz bunun təməlində Azərbaycan prezidentinin düşünülmüş siyasəti dayanır.
İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artaraq əhalisi 10 milyon olan ölkədə bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Bu da çox böyük göstəricidir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasətində bu nəticələrə çatmışdır.
Ermənistanın silahlanma siyasəti olmasaydı, ölkə 8,4 yox, hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat bəs edərdi, yenidən potensial təhlükə ilə üz-üzə qalmasaydıq.
Azərbaycanın qaz ixracı artır, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndirir. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxış mümkündür.
2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı, Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etmişdi. Avropa Komissiyasının sədri Bakıya gəldi vəBəyannamə imzalandı. Azərbaycan tərəf kömək etməyə və Avropaya qaz təchizatını iki dəfə artırmağa hazır olduğunu bildirdi. Həmin vaxt, Avropa istiqamətində qaz təchizatı yeddi milyard kubmetr idi.
Azərbaycan bunun üzərində işləməyə başladı. Sərmayə yatırmağa və müxtəlif interkonnektorlar vasitəsilə Azərbaycan qazını nəql etmək imkanlarını araşdırmağa başladı. Hazırda onların sayı 10-a bərabərdir. Beləliklə, ümumilikdə 12 ölkə var. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir.
Mövcud interkonnektorları genişləndirmək və ola bilsin, yenilərini tikmək üçün Avropada əlavə sərmayələr qoyulmalıdır. 12 ölkəni boru ilə nəql olunan qazla əhatə etməklə, Azərbaycan hazırda dünyada bu cür böyük coğrafiyaya malik olan aparıcı ölkələrdən biridir. Təchizat coğrafiyası baxımından ölkə Avropada, həmçinin aparıcı ölkələrdən biridir, çünki bu göstərici qazın həcmi qədər vacibdir və bəzi ölkələr üçün hətta 1 milyard kubmetr belə böyük fərq yaradır.
Azərbaycan prezidenti Cənab İlham Əliyev bu sahədə Avropa üçün gördüyü işlər barədə məlumat verərək xüsusi vurğuladı ki, Biz böyük sərmayələr yatırırıq və qaz çatışmazlığı məsələsində Avropaya kömək etməyə çalışırıq.
Əfrail Fərziyev,
Yap Veteranı