Bayramov və Kuleba Belçikada görüşdü

Bayramov və Kuleba Belçikada görüşdü
  • Siyasət / Maraqlı

  • Xarici işlər naziri Ceyhun Bayramov Belçikada keçirilən “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.

    Leqal.az xəbər verir ki, bu barədə Kuleba sosial media hesabında paylaşım edib.

    “Azərbaycanlı həmkarımla görüşmək xoş oldu. Ceyhun Bayramovla Zelenskinin Sülh Formulu və ikitərəfli əməkdaşlığımızı müzakirə etdik.

    Mən Ukraynanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, eləcə də Xəzər və Qara dənizlər arasında məkanda regional əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəklədiyini bir daha vurğuladım”, - deyə Kuleba bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər