Prezident İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü olub

Prezident İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü olub
  • Siyasət / Maraqlı

  • Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

    Bu barədə "Report"un Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir.

    Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğura inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

    Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulandı.

    Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

    Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

    17:14
    Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

    Bu barədə "Report"un Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir.

    PAYLAŞ:

    Oxşar xəbərlər