Noyabrın 23-24-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya və Azərbaycana səfər edəcək.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu xəbəri sosial şəbəkə üzərindən İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə paylaşıb. O bildirib ki, M.C. Zərifin Rusiya və Azərbaycanda keçirdiyi rəsmi görüşlər zamanı regiondakı vəziyyət müzakirə ediləcək.