Ceyhun Bayramov Skopyeyə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Skopyeyə işgüzar səfərə yola düşüb
  • Siyasət

  • Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.

    Bu barədə Leqal.az-a XİN-dən məlumat verilib.

    Səfər çərçivəsində XİN başçısının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
    PAYLAŞ:

    Oxşar xəbərlər