Ukraynanın nüfuzlu telekanalında ermənilərin Kəlbəcərdə törətdiyi vandalizm aktlarından danışılıb

Ukraynanın nüfuzlu telekanalında ermənilərin Kəlbəcərdə törətdiyi vandalizm aktlarından danışılıb
  • Siyasət

  • Kəlbəcərdən çıxan ermənilər vandallıq edərək evləri, meşələri yandırır, özləri ilə götürə bilmədikləri hər şeyi məhv edirlər.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkənin “Pryamoy” telekanalında müsahibəsində deyib.

    Üçtərəfli razılaşmaya əsasən dekabrın 1-dək ermənilərin Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxacağını deyən səfir bildirib ki, işğaldan azad olunan ərazilərin böyük əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Bütün obyektlər, yaşayış yerləri, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan ərazilərində kilsələr dövlət tərəfindən qorunur.

    Ermənistanın Azərbaycan ərazilərinə vurduğu zərərin hesablanması üçün xüsusi komissiyanın yaradıldığını deyən Elmira Axundova bildirib ki, bu ziyanın məbləği müəyyənləşdikdən sonra Ermənistanın Azərbaycana təzminat ödəməsi məsələsi müvafiq beynəlxalq qurumlar qarşısında qaldırılacaq.

    Səfir, həmçinin vurğulayıb ki, işğaldan azad olunan ərazilərimizdə təhlükəsizlik və infrastruktur məsələləri həllini tapan kimi qaçqın və məcburi köçkünlər öz yaşayış yerlərinə qaytarılacaq. Azərbaycan dövləti mümkün qədər tez məcburi köçkün və qaçqınları yaşayış yerlərinə köçürəcək. Onların köçürülməsi üçün xüsusi dövlət proqramı hazırlanır.

    1991-ci ildə Dağlıq Qarabağın muxtariyyət statusunun ləğv edildiyini xatırladan Elmira Axundova həmin ərazilərdə Azərbaycanın qanunları çərçivəsində, Azərbaycan pasportu ilə ermənilərin yaşamasının mümkünlüyünü də qeyd edib. Müharibə cinayətlərində əli olan, özlərini qanunsuz hakimiyyətin nümayəndələri kimi təqdim edən vəzifəli ermənilər isə Azərbaycan qanunvericiliyi ilə cəzalanacaqlar. Artıq onlar barəsində cinayət işi açılıb.



    PAYLAŞ:

    Oxşar xəbərlər