Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanununu imzalayıb.
LEQAL.AZ xəbər verir ki, Qanuna əsasən, "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında"” 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiqlənib.