Moskvada sürücülük vəsiqəsi ilə bağlı qoyulan qadağaya Azərbaycandan

Moskvada sürücülük vəsiqəsi ilə bağlı qoyulan qadağaya Azərbaycandan
  • Cəmiyyət

  • “Azərbaycanın verdiyi sürücülük vəsiqələri Rusiyada tanınır”. LEQAL.AZ  xəbər verir ki, bu sözləri lent.az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib. O bildirib ki, bir neçə ildir ki, artıq Azərbaycanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb: Azərbaycanın milli sürücülük vəsiqəsi dünyanın bir çox ölkələrində, o cümlədən də Rusiyada tanınır. Bu ölkədə həmin vəsiqə ilə fərdi qaydada avtomobil idarə etmək mümkündür. Moskvada taksi fəaliyyəti ilə bağlı verilən qərar isə Rusiya qanunvericiliyinə aid bir məsələdir. Tələb edirlər ki, bu fəaliyyətlə məşğul olmaq istəyənlər mütləq Rusiyanın sürücülük vəsiqələrini əldə etməlidirlər. Ancaq bunun orada fərdi maşın sürən azərbaycanlılara heç bir aidiyyəti yoxdur. Moskva Nəqliyyat Departamentinin bu qərarı Azərbaycan Dövlət Yol Polisi İdarəsinin verdiyi sürücülük vəsiqələrinin Rusiyada tanınmaması anlamına gəlməməlidir”.

    Saat: 15:00

    Moskva Nəqliyyat Departamenti paytaxtın taksi fəaliyyəti ilə məşğul olan bütün şirkətlərə xəbərdarlıq məktubu göndərib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, şirkətlərə tapşırılıb ki, əcnəbi sürücülük vəsiqəsi ilə işləyənləri şəbəkədən xaric etsinlər. Artıq bu gündən bu qayda qüvvəyə minib. Məlumatda o da deyilir ki, şirkətlər qaydalara əməl etməyəcəyi təqdirdə bu qanun pozuntusu hesab olunacaq və iş prokurorluğa göndəriləcək.
    Qeyd edək ki, hazırda Moskvada yerli və başqa millətlərlə yanaşı xeyli sayda azərbaycanlı da taksi fəaliyyəti ilə məşğul olur. Bu qadağa minlərlə azərbaycanlını işsiz qoya bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər