Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir.
LEQAL.AZ xəbər verir ki, çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da var idi. Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir.