Əmək pensiyasının minimum məbləği artırılır - SƏRƏNCAM

Əmək pensiyasının minimum məbləği artırılır - SƏRƏNCAM
  • Siyasət

  • Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılır ki, əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    Qeyd edək ki, sərəncama əsasən, eyni zamanda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər