Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
  • Siyasət

  • Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

    Bu barədə LEQAL.AZ-a Nazirlər Kabinetindən məlumat verilib.

    Baş nazir Ə.Əsədov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

    Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər