Nazir Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı verib

Nazir Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı verib
  • Siyasət

  • Nazir Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı verib.

    Bu barədə LEQAL.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının İstanbul şəhərində törədilmiş partlayışla əlaqədar qardaş ölkənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı məktubu göndərib.

    Nazir partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

    Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər