Prezident İlham Əliyev “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola qoşulmaq barədə qanunu təsdiqləyib.
LEQAL.AZ-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikası 2008-ci il fevralın 20-də Cenevrə şəhərində imzalanmış “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə qoşulur.