Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib - Fərman

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib - Fərman
  • Siyasət

  • Prezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

    LEQAL.AZ-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi məqsədilə 48 milyon 281 manat vəasit ayrılıb.

    Prezident İlham Əliyevin imzaladığı digər fərmana əsasən isə, Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər