MN: Ermənistanın son təxribatının qarşısını alarkən Ordumuzun 282 hərbi qulluqçusu yaralanıb

MN: Ermənistanın son təxribatının qarşısını alarkən Ordumuzun 282 hərbi qulluqçusu yaralanıb
  • Siyasət

  • Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

    Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

    Qeyd olunmalıdır ki, yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və digər tibb personalları tərəfindən xidmət göstərilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər