Prezidentin köməkçisi: Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır

Prezidentin köməkçisi: Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır
  • Siyasət

  • Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır.

    LEQAL.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

    Hikmət Hacıyev bildirib: “Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb. Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır. Ermənistan asimmetrik müharibəyə keçdiyi dövrdə bununla bağlı şübhə erməni terror təşkilatlarına aiddir. Ukrayna səlahiyyətlilərinin hadisəyə dərhal reaksiyasını yüksək qiymətləndiririk”.
    PAYLAŞ:

    Oxşar xəbərlər