“Erməni diasporu qeyri-kommersiya və xeyriyyə qurumları adı altında silahlı qüvvələrinə vəsait toplayır”.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
Onun sözlərinə görə, vəsait “Sərhədlər bizik - hər şey “Arsax” üçün” şüarı altında toplanır.
““Ermənistan Fondu”, AGBU, “Ontarionun erməni Kanada Tibb Birliyi”, “Erməni Kömək Fondu”, “Tufenkian” vəqfi, “Erməni Kömək Dərnəyi” bu prosesdə iştirak edir”, - deyə H. Hacıyev vurğulayıb.