Bu cür təhrikedici bəyanatlarla və uydurma rəvayətlərlə Ermənistan XİN Azərbaycan mülki əhalisinə qarşı ayrı-seçkiliksiz hücumlar hazırlayır.
LEQAL.AZ xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
O bildirib ki, Ermənistan terrorçuluğa dəstək verən ölkə olaraq Gəncə, Bərdə və digər yerlərə “Smerç” və SKAD ballistik raketlərlə etdiyi hücumla əsl simasını nümayiş etdirdi.
By such bellicose statement and based on fabricated narrative MFA Armenia prepares ground for indiscriminate attacks against Azerbaijani civilians. Armenia as a state sponsoring terrorism demonstrated its true face by firing Smerch and SCUD ballistic missiles to Ganja, Barda etc. pic.twitter.com/lJoETfkPqf
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 3, 2020