Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiya yaradılacaq.
"Leqal" xəbər verir ki, bu barədə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı Bəyanatda deyilir.
"Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq", - sənəddə vurğulanıb.
***
İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
V.Putin qeyd edib ki, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı heç bir maneə yoxdur.
Rusiya lideri Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirilmiş görüşü məhsuldar adlandırıb: "Biz çox konstruktiv işlədik, vəziyyəti dərindən təhlil etdik".
V.Putin deyib ki, gələn həftə baş nazirin müavinləri səviyyəsində görüş keçiriləcək.