Azərbaycanda yeni Muğam qrupu

Azərbaycanda yeni Muğam qrupu
  • Mədəniyyət

  • Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. 

    Yaradılan Yeni Azərbaycan adlı Muğam qrupu muğamımızın zənginliyini dünya ölkələrinə təbliğ etməkdədir. Məqsəd muğamımızı xaricidə yaşayan azərbaycanlıları da bir yerə yığmaqdır.

    Əlbbətdə ki, muğam sənətini bu qədər dünyada inkişaf etməsi bir başa Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

    LEQAL.AZ  xəbər verir ki, qrupda muğam ifaçısı Tuqay İsmayılov onu müşayət edəcək tarda Ədalət Behbudov, və kamançada Pərviz Fərhadovdur.

    Sözü gedən qrup  Azərbaycan və Türkiyə dövlətlərinə dəstək olaraq “Azərbaycan - Türkiyə” adlı mahnılarını Milli Qurtuluş Günüdə ilk dəfə olaraq tamaşaçılarına təqdim etmişdilər.

    Qeyd edək ki, Xanəndə Tuqay İsmayılov və Tarzən Ədalət Behbudov Azerbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində, Bakı

    Humanitar Kollecinin müəllimdirlər. Kamança İfaçısı Pərviz Fərhadov isə Azərbaycan Milli Konservatoriyasının müəllimidir.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər