Sumqayıtda gənc rəssamların sərgisi açılıb

Sumqayıtda gənc rəssamların sərgisi açılıb
  • Mədəniyyət

  • Sumqayıt şəhərində dahi mütəfəkkir şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilən “Xəmsədən damlalar” adlı sərgi açılıb.

    LEQAL.AZ-ın  məlumatına görə, sərgi Sumqayıt Dövlət Rəsm Qalereyası və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

    Sərgidə İdarəyə tabe olan uşaq incəsənət məktəblərinin gənc və istedadlı yeniyetmələrinin əsərləri nümayiş edilib. Sərgilənən əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər