Heykəltəraş Aqşinin "Əbədi Sevgi" əsəri

Heykəltəraş Aqşinin "Əbədi Sevgi" əsəri
  • Mədəniyyət

  • Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur.

    Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Azərbaycanda profesional heykəltəraşlar var və yetişməkdə davam edir. 

    Rəssamlıq ittifaqının üzvü Aqşin də bu heykəltəraşlardan biridir. O, yeni yaratdığı əsərini "Əbədi Sevgi" adlandırmışdır.

    Aqşin Balayev LEQAL.AZ-a yeni ərsəyə gətirdiyi əsəri haqqında danışarkən bildirib ki, əsər kök atmış sevgini təmsil edir.

    Bu işi ümumi ağac kökünə bənzətmişəm, ortada yayılmış palıd ağacının yarpaqlarını vermişəm.

    Bunun əsas səbəbi sevginin də palıd ağacı kimi möhkəm və uzun ömürlü olmasıdır.

    Heykəltəraş əsərinin portret janrında işlənildiyini qeyd edib.

    Əlavə olaraq gənc müəllif əsəri haqqında "Nə qədər əbədi sevgi olsada oğlanın üzündə həyəcan itirmək qorxusu verilib. Qız isə oğlana sığınır və onun verdiyi xoşbəxtliyə gülümsəyir. Bundan sonra orada əbədi sevgi yaranmağa başlayır və bu sevginin kökü palıd ağacına dönüşür" deyib.

    Müəllif: ƏMİNƏ Elaydın



    PAYLAŞ:

    Oxşar xəbərlər