Masallıdan olan heykəltəraş İlqar Balayev Xalq artisti Məmmədbağır Bağırzadənin xatirəsini əbədiləşdirib.
Heykəltəraş mərhum sənətkarın büstünü Qasımlı kəndindəki emalatxanasında hazırlayıb. Onun emalatxanasında olan əsərlər çoxluq təşgil edir.
Hər birini sevərək hazırlayan İlqar Balayev deyir ki, bu kimi işlər ardıcıl olacaq. Qeyid edək ki, İlqar Balayevin övladları, Akşin və Müstəqil Balayev qardaşları hər biri ali təhsilli heykəltəraşlardır. Atalarının yolunu davam etdirilər.
Onlar Masallı rayonunun mərkəzində yerləşən 44 günlük Vətən Müharibəsi qəhrəmanlar parkının müəllifidirlər.
"Məmmədbağır Bağırzadə xanəndə idi, əsl xanəndə. Neçə-neçə ustad sənətkarların qiymətləndirdiyi ustad xanəndə. Muğamlarımızı, xalq və bəstəkar mahnılarını elə şövqlə, elə obrazla ifa edirdi ki, hər dəfə dinləyəndə adama yeni gəlirdi. O, özü həm də gözəl bəstəkar və şair idi. Özünün bəstələdiyi mahnılar da sevilir, dillər əzbəri olurdu. O, Allah-Təalanın sevdiyi tək-tük sənətkarlardan idi ki, səhnəyə gəldiyi ilk gündən ömrünün sonuna kimi və ölümdən sonra da populyarlığını itirmədi".
Xatırladaq ki, Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir.
Məmmədbağırın sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir.
Müəllif: leqal.az