Azərbaycanın Xalq artisti Ramiz Məlik vəfat edib.
Leqal.az xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşıb.
Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Tanınmış teatr və kino aktyoru R.Məlik bir müddət idi ki, səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, bu ilin avqustunda 80 yaşı tamam olan aktyora Prezident İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilmişdi. O, eyni zamanda “Şöhrət” ordeni ilə də təltif olunmuşdu.
Allah rəhmət eləsin!