Anar Məcidzadənin "Sevgi yağışları" kitabının təqdimatı olub 

Anar Məcidzadənin "Sevgi yağışları" kitabının təqdimatı olub 
  • Mədəniyyət

  • Bu gün Azərbaycan İlahiyyat İnstitutunda şair, publisist, jurnalist Anar Məcidzadənin "Sevgi yağışları" şeirlər toplusundan ibarət kitabının təqdimatı olub. 

    Kitabda müxtəlif mövzulara həsr olunan şeirlər yer alıb. Vurğulanıb ki, Anar Məcidzadə 1998-ci ildən bədii yaradıcılıqla məşğuldur. Şairin bundan öncə altı kitabı işıq üzü görüb. 

    Vətənpərvərlik və sevgi mövzusu şairin yaradıcılığında önəmli yerlərdən birini tutmaqdır. Qeyd olunub ki, şairin özünəməxsus yazı üslubuna, orijinal dəst-xəttə yiyələnmək istiqamətindəki səyləri təqdirəlayiqdir. Bildirilib ki, Anarın şeirlərinin poetik uğurunu təmin edən əsas amillərdən biri də folklor ənənələrindən qidalanmasıdır. 

    Tədbirin sonunda A. Məcidzadə tədbir təşkilatçılarına minnətdarlığını bildirib yeni şeirlərini oxuyub. 

    www.leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər