“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsinə start verilib

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsinə start verilib
  • Mədəniyyət

  • Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı onlayn respublika müsabiqəsinə start verilib.

    Nazirlikdən LEQAL.AZ-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, onun dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu işin ölkənin regionlarında daha da canlandırılmasına dəstək verilməsi, qədim və müasir el havalarının öyrənilməsi və qorunmasıdır.

    Müsabiqənin 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilməsi nəzərdə tutulur. Yarışmaya 18-20 yaşlı gənclərin də qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak etmək və həmin nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim etmək olar. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır.

    Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə dekabrın 30-dək [email protected] elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

    Qeyd edək ki, müsabiqənin qalibləri 2021-ci ilin mart ayında elan olunacaq. Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər