Azərbaycan mədəniyyətrinin tarixində mühüm hadisə

Azərbaycan mədəniyyətrinin tarixində mühüm hadisə
  • Mədəniyyət

  • Azərbaycan xalqının mərasim mədəniyyəti çox qədim dövrlərin arxaik rituallarından başlanır.  Mövcud elmi tədqiqatlar arxaik ritualların ən qədim nümunələrinin yaşını təxminən dörd yüz min il hesablayırlar. Bunların da əsasında yaradılışdan canlı varlığın  özünün təbiətində olan oyunlar vardır. 

    Novruz Azərbaycan xalqının  zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət hadisəsidir. “Novruz”un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni  köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında  bahar bayramı kimi qeyd olunmaqdadır.

    Azərbaycanın bir sıra mədəniyyət nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse prezidenti hörmətli Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Onun fəaliyyəti nəticəsində Azərbaycanın çox dəyərli mədəniyyət nümunələri artıq UNESCO-nun siyahısındadır. BMT-nin Baş Məclisinin 64-cü sessiyasının fevralın 23-də qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edildi. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub. “Novruz” UNESCO-da qeyd edildikdən sonra artıq bu bayram beynəlxalq status qazanmış oldu. İndi bu bayram bütün dünyanın bayramıdır. Orta Asiyadan Balkanlara qədər olan böyük bir coğrafiyada qeyd edilən bu qədim bahar bayramı artıq bütün dünyada böyük təntənə ilə keçirilmək istiqamətində genişlənəcək. Əlbəttə, bu həm də bizim milli mədəniyyətimizin dünyaya tanıdılması, humanist dəyərlərimizin dünyaya çatdırılması istiqamətində önəmli bir hadisədir.

    Aygün  Xəlilova,
    Masallı şəhər sakini, ziyalı
    PAYLAŞ:

    Oxşar xəbərlər