Azərbaycanın Əməkdar rəssamı Albert Mustafayev dünyasını dəyişib.
"Leqal.az" xəbər verir ki, əməkdar rəssam 91 yaşında dünyasını dəyişib.
Memarlıq və İnşaat Universitetinin (AZMİU) “Təsviri incəsənət” kafedrasının professoru olan Albert Mustafayev 1931-ci il yanvarın 26-da Şəkidə anadan olub.
Albert Mustafayev heykəltəraşlıq sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Albert Mustafayev 1975-ci ildən, AzMİU müstəqil ali məktəb kimi fəaliyyətə başlayandan “Təsviri incəsənət” kafedrasında işə başlayıb. Baş müəllim, dosent vəzifələrini pillə-pillə addımlayıb, kafedranın professoru vəzifəsinə qədər yüksəlib. Məhz onun təşəbbüsü və iştirakı ilə ilk dəfə bu kafedranın nəzdində heykəltəraşlıq emalatxanası yaradılıb.
Qeyd edək ki, sənətkar Bakı şəhərində “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəlinin, Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin büstünün müəllifidir.
Oxu.az