Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi
  • Mədəniyyət

  • Azərbaycan Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib. 

    Bu barədə Xalq artistinin yaxınları məlumat verib.

    Bildirilib ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq. 

    Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi “Zəminxarə” muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.

    Ailəli idi, 3 qızı var. 
    PAYLAŞ:

    Oxşar xəbərlər