Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, buna səbəb aktyorların COVID-19-a yoluxmasıdır:
“Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
LEQAL.AZ