Rusiyada qadın bir yaşlı uşağını “bomj”a verdi

Rusiyada qadın bir yaşlı uşağını “bomj”a verdi
  • Maraqlı / Dünya

  • Rusiyanın Moskva şəhərində ana övladını tüfeyli həyat keçirən şəxsə verib.

    LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, Moskva prokurorluğu bir yaşlı qızını yeraltı keçiddə tanımadığı şəxsə verən ananın valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə iddia göndərib.

    Qeyd edilir ki, 29 yaşlı qadını uşaq arabasında yatan bir yaşlı qızını həyati təhlükəli vəziyyətdə olduğunu başa düşərək, tanımadığı şəxsə verib. Polis müəyyən edib ki, qadının azyaşlı uşağını verdiyi adamın yaşayış yeri yoxdur.

    Anaya qarşı cinayət işi başlanıb və polis araşdırma aparır.

    Uşağın xəstəxanada olduğu qeyd edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər