Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonuna hava hücumu həyata keçirib.
"Leqal" xəbər verir ki, bunu Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.
Məlumata görə, hücum nəticəsində bir nəfər ölüb, yeddi nəfər isə yaralanıb. Hücum zamanı yaşayış binaları, fərdi yaşayış evləri, avtomobillər zərər görüb.