Zaporojye AES-in bloklarının birində yanğın başlayıb.
Leqal.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski video yayıb.
"Enerqodar. Biz Nikopoldan qeydə alırıq ki, rus işğalçılar Zaporojye AES-in ərazisində yanğın törədiblər. Hələlik radiasiya səviyyəsi normaldır. Amma rusiyalı terrorçular AES-ə nəzarəti əlində saxlasa, vəziyyət normal deyil. Biz MAQATE-nin reaksiyasını gözləyirik”, - deyə Ukrayna prezidenti bildirib.