Putin təyyarənin vurulmasında Ukraynanı günahlandırdı

Putin təyyarənin vurulmasında Ukraynanı günahlandırdı
  • Maraqlı / Dünya

  • Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətində raketlə vurulan İl-76 hərbi təyyarəsi ilə bağlı danışıb.

    Leqal.az TASS-a istinadən xəbər verir ki, Rusiya lideri təyyarənin vurulmasında Ukrayna tərəfini günahlandırıb.

    “Baxın, bizim İl-76 təyyarəmiz 65 nəfərlik hərbçilərlə birlikdə vuruldu. Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsi bilirdi ki, biz ora 65 hərbi qulluqçu aparırıq və ümumilikdə, mənim fikrimcə, 190 nəfər planlaşdırılırdı. Bunu bilə-bilə Ukrayna Silahlı Qüvvələri bu təyyarəyə hücum etdi. Bilmirəm, bunu qəsdən, yoxsa səhvən, düşüncəsizlikdən ediblər. Amma Onlar bunu ediblər”, - Putin bildirib.//report
    PAYLAŞ:

    Oxşar xəbərlər