Donetskin atəşə tutulması nəticəsində ölənlərin sayı 27-yə çatıb

Donetskin atəşə tutulması nəticəsində ölənlərin sayı 27-yə çatıb
  • Maraqlı / Dünya

  • Ukraynanın işğal altındakı Donetsk şəhərinin Tekstilşik mikrorayonuna artilleriya zərbəsi nəticəsində 27 nəfər ölüb, 25 nəfər yaralanıb.

    Bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Pişulin teleqramda bildirib.

    “USQ-nin Donetskin Tekstilşik mikrorayonuna artilleriya atəşi nəticəsində 27 mülki şəxs həlak olub, daha 25 nəfər, o cümlədən iki yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alıb”, – qondarma region başçısı qeyd edib.

    Rusiya tərəfi Ukraynanı ittiham edir. Kiyev ittihamları hələlik şərh etməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər