Pakistan - İran qarşıdurmasına son qoyulur

Pakistan - İran qarşıdurmasına son qoyulur
  • Maraqlı / Dünya

  • Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tamamilə bərpa etmək qərarına gəlib.

    Leqal.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

    “Pakistan Nazirlər Kabineti İranla qarşıdurmaya son qoymaq qərarına gəlib”, - məlumatda bildirilib.

    Telekanalın məlumatına görə, bu qərar kontekstində əvvəllər geri çağırılan səfirlər və diplomatlar iki dövlətin paytaxtlarına - İslamabad və Tehrana qayıdacaqlar.

    Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Zərbələrin ardınca Pakistan İrana nota verib, daha sonra İrandakı səfirini geri çağırıb. Pakistanın İrana raket hücumu nəticəsində isə 9 nəfər həyatını itirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər