Türkiyə ordusunun 5 əsgəri şəhid olub, yaralananlar var

Türkiyə ordusunun 5 əsgəri şəhid olub, yaralananlar var
  • Maraqlı / Dünya

  • Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında keçirdiyi “Pence-Kilit” əməliyyatı bölgəsində 5 əsgərin şəhid olduğunu açıqlayıb.

    Bu barədə nazirlik məlumat yayıb.

    Qeyd edilir ki, hücum zamanı 3-ü ağır olmaqla 8 hərbçi yaralanıb.

    “12 yanvar 2024-cü il tarixində "Pence-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 5 qəhrəman əsgərimiz şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəmanımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.

    İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, - nazirlikdən bildirilib.

    Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər