Qəzza zolağında girov saxlanılan bütün qadın və uşaqlar azad olunarsa, İsrail HƏMAS ilə atəşkəs müddətini daha üç gün uzadacaq.
Leqal.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
İsrailin məlumatına görə, oktyabrın 7-də 100-ə yaxın qadın və uşaq girov götürülüb.
Qəzza zolağında dördgünlük humanitar atəşkəs noyabrın 24-də başlayıb, daha sonra isə 2 gün uzadılıb.