İsrail və HƏMAS Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər

İsrail və HƏMAS Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər
  • Maraqlı / Dünya

  • İsrail və HƏMAS Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər.

    Leqal.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

    Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Raşvan isə vurğulayıb ki, yeni saziş 20 israilli girovun İsrail həbsxanalarında saxlanılan 60 fələstinli ilə dəyişdirilməsini nəzərdə tutur.

    Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.
    PAYLAŞ:

    Oxşar xəbərlər