İsrail ordusu Qəzza zolağında, Xan Yunisdə HƏMAS-ın kəşfiyyat rəhbərinin məhv edildiyini açıqlayıb.
Bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, əməliyyat bazar ertəsi baş tutub. Lakin öldürülmüş şəxsin adı qeyd olunmayıb.
Əməliyyatın digər təfərrüatları da açıqlanmayıb.