İsrail ordusu Livan ərazisinə HƏMAS-ın mövqelərinə zərbələr endirib.
LEQAL.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən məlumat verilib.
"İsrail Müdafiə Ordusu Livanın cənubundakı hədəflərə, o cümlədən HƏMAS-a məxsus terror infrastrukturuna zərbələr endirib", - deyə mətbuat xidmətindən bildirilib.
Xatlrkadaq ki, daha əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.
Daha sonra İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.