Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb
  • Maraqlı

  • Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.

    Leqal.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılsın:

    Komissiyanın sədri

    Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası müdafiə nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

    Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri

    Qazax Rayon İcra Hakimiyyətinin başçısı

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

    Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

    Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı

    Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

    Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

    Laçın Rayon İcra Hakimiyyətinin başçısı

    Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı

    Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etsin.

    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    PAYLAŞ:

    Oxşar xəbərlər