"Müharibə başlasa, hansı ölkənin ordusu bizi müdafiə etməyə hazır olacaq?"

"Müharibə başlasa, hansı ölkənin ordusu bizi müdafiə etməyə hazır olacaq?"
  • Maraqlı / Dünya

  • Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi halında heç bir ölkə ukraynalıları müdafiə etməyəcək. Yerli KİV-lər xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

    “Rusiya genişmiqyaslı işğala qərar verərsə, heç bir ölkə Ukraynanı müdafiə etməyəcək. Bu isə NATO üçün çox qorxuludur. Çünki Ukrayna NATO-ya qəbul olunarsa və sonradan nəsə olarsa, onu müdafiə etmək lazım gələcək. Bu da NATO üçün çox ciddi çağırışdır. Amma demək istəyirəm ki, bəzi Avropa ölkələri belə düşünür və Ukraynanı qəbul etmək riskinə getmək istəmirlər. Genişmiqyaslı müharibə olarsa, o zaman bu müharibə bəzi NATO ölkələrinin sərhədlərində də olacaq. Bu mütləq olacaq”, - Zelenski bildirib.

    Ukrayna lideri onu da qeyd edib ki, Ukrayna ordusu NATO ölkələrinin silahlı qüvvələrindən zəif deyil. /AzerForum/

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər