Dünyada COVID-19-a həftəlik yoluxmada rekord qeydə alınıb

Dünyada COVID-19-a həftəlik yoluxmada rekord qeydə alınıb
  • Maraqlı / Dünya

  • Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə görə, son bir həftə ərzində 21 milyondan çox insan koronavirusa yoluxub ki, bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.

    Yanvarın 17-dən yanvarın 23-dək dünyada xəstələnmənin artması əvvəlki həftə ilə müqayisədə 5 % olub, 21 362 288 yoluxma faktı təsdiqlənib. Həftə ərzində ölüm də artıb - 49 890 ölüm qeydə alınıb ki, bu da bir həftə əvvəlkindən 1 % çoxdur.

    Şərqi Aralıq dənizində - 39 %, Cənub-Şərqi Asiyada – 36 %, Avropada – 13 % artım müşahidə olunur. Afrikada– 31 % və Amerikada– 10 % daha az yoluxma qeydə alınıb.

    Eyni zamanda, dünyada bütün yeni infeksiyaların 47 %-i Avropanın payına düşür, yeddi gün ərzində regionda 10 milyondan çox yoluxma halı aşkarlanıb. ABŞ-da bir həftə ərzində 4 215 852, Fransada 2 443 821, Hindistanda 2 115 100, İtaliyada 1 231 741 yoluxma halı aşkarlanıb. /oxu.az/

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər