Almatıda genişmiqyaslı xüsusi əməliyyat

Almatıda genişmiqyaslı xüsusi əməliyyat
  • Maraqlı / Dünya

  • Almatı polis idarəsinin rəsmi nümayəndəsi Saltanat Azirbek bildirib ki, şəhərdəki iğtişaşların onlarla iştirakçısı məhv edilib, onların şəxsiyyəti müəyyənləşdirilir. “İnterfaks” xəbər verir ki, Alma-Ata polisi də şəhərdə silah mağazasının qarət edilməsi faktını təsdiqləyib.

    "Şəhər polis idarəsi silah anbarından silah oğurlandığını təsdiqləyib", - "Xəbər 24" dövlət telekanalı bildirib.

    Bundan əvvəl Almatı sakinləri şəhərin küçələrində avtomat silahlardan atışma barədə danışıblar. Şahidlər təkcə polis və hərbçilərin deyil, etirazçıların da pulemyotlarla silahlandığını bildiriblər. Messencerlərdə və sosial şəbəkələrdə atışmanın aydın eşidildiyi videolar yerləşdirilir. /virtualaz.org

    LEQAL.AZ


    PAYLAŞ:

    Oxşar xəbərlər