Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindənl LEQAL.AZ-a bildirilib ki, 9 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 3 milyard 115,8 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 108 milyon dollar, Rusiyaya isə 499,7 milyon dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 419,3 milyon dollar, Türkiyə ilə 3 milyard 238 milyon dollar, Rusiya ilə 1 milyard 939,1 milyon dollar olub.