“Azərikimya”nın işçiləri əməkhaqlarının 10 faizini “YAŞAT” Fonduna köçürüblər

“Azərikimya”nın işçiləri əməkhaqlarının 10 faizini “YAŞAT” Fonduna köçürüblər
  • İqtisadiyyat

  • Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları “YAŞAT” Fondunun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər. Birliyin əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan “Azərikimya”nın rəhbərliyi “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizi həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib.

    SOCAR-dan LEQAL.AZ-a bildirilib ki, “YAŞAT” Fondunun hesabına 129 min 762 manat vəsait köçürülüb.

    2020-ci il ərzində “Azərikimya” İstehsalat Birliyi tərəfindən COVID-19-la mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna və Silahlı Qüvvələrə Dəstək Fonduna da vəsait köçürülüb. Ötən il ərzində ümumilikdə həmin fondlara 305 min manatdan çox vəsait köçürülüb.

    Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər