“Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb

“Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb
  • İqtisadiyyat

  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb. Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

    ASCO-dan LEQAL.AZ-a bildirilib ki, gəmi üzrə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomotiv-avtovazlar sazlanıb.

    Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat rənglənib. Həmçinin divan və stullar təmir olunaraq üzlənib. Sınaq üzüşündən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.

    Qeyd edək ki, uzunluğu 154,50 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər