20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var?

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var?
  • İqtisadiyyat

  • Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib.

    LEQAL.AZ  Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır.

    Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərclə müayisədə qazanc aşağı olur.

    1 hektarlıq sahədən ümumilikdə 50 ton məhsul götürülməsi nəzərdə tutulub. Yığım hələ 1 ay davam edəcək. Fermerlər bundan sonrakı müddətdə qiymətlərin bir qədər qalxmasına ümid edirlər…

    Paytaxt bazarlarında isə sahələrdə 20 qəpiyə belə alınmayan pomidor bundan 4 dəfə baha, yəni 60-80 qəpik arasında qiymətə təklif edilir.

    Alıcılar isə bu mövsüm üçün qiymətlərin baha olmasından gileylənirlər.

    Satıcılar yaxın günlərdə pomidorun qiymətinin enməsini gözlədiklərini bildiriblər.


    BAKU.WS
    PAYLAŞ:

    Oxşar xəbərlər